Ötən ay Argentinanın paytaxtı Buenos-Ayresdəki hotelin 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişən “One Direction” musiqi qrupunun solisti Liam Peyn dəfn edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Peynin dəfnində ailə üzvləri, yaxınları və dostları ilə yanaşı, keçmiş qrup üzvləri illər sonra bir araya gəlib.
Xatırladaq ki, Peyn Böyük Britaniyanın “One Direction” qrupunda çıxışı ilə məşhurlaşıb. O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birlikdə çıxış edib. Qrup 2016-cı ildə dağılsa da, Peyn solo çıxış edib.
Zərifə Nağıyeva