Səhiyyə Nazirliyinin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının baş həkimi İlqar Əfəndiyev vəzifəsindən azad edilib.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev Əmr imzalayıb.
Xəstəxananın baş həkimi vəzifəsi Leyla Bəşirovaya həvalə edilib.