İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, o cümlədən gender bərabərsizliyini də dərinləşdirir.
Bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası"nda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşıdır.
M.Babayev qeyd edib ki, qadınlar bu məsələdə xüsusilə həssasdır: