1-сi Liqanın 8-ci turunun hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.
"Azpolitika"-nın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən“qırmızı-qaralar” Ağcabədinin “Olimpiya” komandası ilə üz-üzə gəlib.
Region Liqası təmsilçisi ilə matç Kaxaber Tsxadadzenin komandasının tam üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə doqquz qol vuran “Qəbələ” fasilədən sonra daha 11 qol vurub və yekunda 20:0 hesabı ilə qalib gəlib.
“Qəbələ”nin heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıblar. Nugay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov hərəyə 1 dəfə fərqləniblər.
Qeyd edək ki, “Qəbələ” bu gün yoxlama oyununda “Zaqatala” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.