AZ

Qazaxıstanda deputatlar MORYA haqqında müqaviləni ratifikasiya ediblər


Qazaxıstan Məclisi (parlamentin aşağı palatası – red.) “Beynəlxalq Rus Dili Təşkilatı haqqında” müqavilənin ratifikasiyasına səs verib.
Yeniavaz.com
Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 82 deputat qanun layihəsini dəstəkləyib, biri əleyhinə səs verib, biri isə bitərəf qalıb.
Qeyd edək ki, 2022-ci il oktyabrın 14-də rus dilinin dəstəklənməsi və təbliği üzrə beynəlxalq təşkilat yaradılıb. Daha sonra 2023-cü il oktyabrın 13-də MDB-nin Bişkek sammitində 7 ölkənin – Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri Rus Dili üzrə Beynəlxalq Təşkilatın (MORYA) yaradılması haqqında saziş imzalayıblar.
Rus dilini dəstəkləyən təşkilatın yaradılması Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin təşəbbüsü olub və Rusiya prezidenti Vladimir Putin təşkilatın baş qərargahının Soçi şəhərində yerləşdirilməsi təklifi ilə çıxış edib.
Beynəlxalq Rus Dili Təşkilatının nizamnaməsində qurumun yaradılma məqsədi kimi aşağıdakılar göstərilib:
“Müqavilənin tərəfləri arasında dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi;
dostluq, mehriban qonşuluq, millətlərarası harmoniya, etimad və anlaşma prinsiplərinə əsaslanan rus dilinin dövlətlərarası ünsiyyət dili və ünsiyyət vasitəsi kimi saxlanılması və təşviqi məsələləri üzrə Müqavilə Tərəfləri arasında hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi”.

Murad Məmmədov
Seçilən
43
1
yeniavaz.com

2Mənbələr