AZ

Hər 30 şagirdə 1 kompüter düşür — Ekspert məktəblərdəki problemdən DANIŞDI

Məktəblərin kompüterlə təmin edilməsi davam edir. Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən 2025-ci ilin büdcə müzakirələri zamanı deyib ki, şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. O qeyd edib ki, məktəblərin yüksəksürətli şəbəkəyə qoşulması da əsas məsələlərdəndir. Bu günə qədər 1737 müəssisə yüksəksürətli internetə qoşulub.

Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, məktəblərin internetə çıxışı və şagirdlərin müasir informasiya kommunikasiya texnologiyalarına əlçatanlığı aşağı səviyyədədir: 



“Nazirlər Kabinetinin qərarına müvafiq olaraq məktəblərdə hər 30 şagirdə 1 kompüter düşür. Məktəblərin texnologiya ilə təminatı bərbad haldadır. Region məktəblərinin əksəriyyətində kompüterlər yoxdur.

Olanlar da 2010-2015-ci illərdə verilmiş kompüterlərdir, onlar da yaxşı çalışmır. Ölkədə ümumilikdə 4400 məktəbdən 1737-si yüksək sürətli internet şəbəkəsinə qoşulub. Bəs yerdə qalan məktəblər necə olsun?! Məktəblərin İKT avadanlıqları ilə təchizatı o qədər bərbad vəziyyətdədir ki, heç danışmağa dəyməz. Müasir dövrdə görün hansı vəziyyətdə yaşayırıq ki, 30 şagirdə cəmi bir kompüter düşür. Nəinki, ümumi təhsil müəssisələri, ali məktəblərdə də vəziyyət eynidir. Məktəblərin çoxunda internet yoxdur. İnternet çəkilən məktəblərdə də onun sürəti sabit deyil. Bu çox ciddi problemdir”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
7
demokrat.az

1Mənbələr