Ukrayna ordusu Kursk vilayətində tarixi knyaz Baryatinski malikanəsinə zərbələr endirib.
Bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, malikanəyə HİMARS vasitəsilə 11 raket və aviabomba atılıb. Zərbələr nəticəsində xəsarət alan olmayıb. Yalnız 5 minik avtomobili yararsız vəziyyətə düşüb.
Malikanənin binaları ziyan görməyib.
Qeyd edək ki, “Marino” saray kompleksi XIX əsrdə inşa olunub.
Senzor.az xatırladır ki, Ukrayna ordusu bu obyekti 2024-cü il oktyabrın 11-də də vurmuşdu. O vaxt zərbə mülkün inzibati binasına ziyan vurmuşdu.