AZ

İlham Əliyevin mükəmməl idarəetmə kursu sayəsində demokratik islahatlar daha da dərinləşdi- ÖZƏL

"Heydər Əliyevin idarəçilik üslubu YAP-ın milli-siyasi konsepsiyası kimi qəbul edildiyindən partiya Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi işində bilavasitə iştirak edir, dayanıqlı inkişafa önəmli töhfələr verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Partiya Azərbaycanın inkişaf şüarı olan "müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah" prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynayır.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra YAP-ın Sədri cənab İlham Əliyevin mükəmməl idarəetmə kursu sayəsində demokratik islahatlar daha da dərinləşdi. Bu reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də VII Qurultayı keçirilməklə partiyanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Partiyanın strukturu və kadrları müasir meyarlara uyğunlaşdırıldı, gənclərə böyük etimad göstərildi. Çox hörmətli Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi YAP-ın fəaliyyətində və ölkəmizin ictimai həyatında yeni dəyişikliklərə zəmin açdı. Qurultayda YAP-ın Sədri İlham Əliyevin yekun nitqi partiyanın yeni fəaliyyət manifesti olmaqla yaranmış yeni çağırışlar mühitində siyasi təşkilatlanmanı, demokratik siyasət prinsiplərini müəyyənləşdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr