AZ

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 88 nəfər həlak olub

İsrailin Qəzza zolağının şimalında iki hücumu azı 88 nəfərin həyatına son qoyub. Vətəninfo.az xəbər verir ki , bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qəzetin məlumatına görə, zərbələr Qəzza şəhərinin Beyt Lahiya və Şeyx Radvan bölgələrinə endirilib. 

Beyt Lahiyadakı xəstəxanadan Əl-Cəzirə telekanalına bildiriblər ki, yaşayış məntəqəsi atəşə tutulub. Həlak olanların və yaralananların əksəriyyəti uşaq və qadınlardır, onların əksəriyyəti hücum zamanı yuxuda olub. Xəstəxananın əməkdaşları hadisə yerindədir və dağıntılar altında qalan insanları çıxarmağa çalışırlar. 

Bet Lahiada 66 nəfər həlak olub, onlarla insan yaralanıb. Şeyx Radvanda isə 10-u uşaq olmaqla 22 nəfər həlak olub. 

Bundan əlavə, qeyd olunur ki, İsrail də əl-Məvasi bölgəsini vurub, nəticədə azı 7 nəfər ölüb.

Seçilən
25
49
veteninfo.az

10Mənbələr