AZ

COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə məsələləri müzakirə olunub (FOTO)

Bakı.Trend:

COP29 çərçivəsində Azərbaycan pavilyonunda “İqlim vəbiomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiyaolunmuş həllər” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı iləkeçirilən müzakirələrdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın,Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Biomüxtəliflik Mərkəzinin(ASEAN), Su-bataqlıq Əraziləri üzrə Konvensiyanın (RamsarKonvensiyası), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO),Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin MühafizəsiKomitəsinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF)Azərbaycan ofisinin və digər təşkilatların nümayəndələri iştirakedib.

Məqsəd iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə, busahədə inteqrasiya olunmuş yanaşmalarla həll yollarınınaraşdırılması və effektiv nəticələrin əldə olunması istiqamətindəmüzakirələrin aparılması olub .

Tədbirdə iqlim dəyişmələrinin təbii ekosistemlərə mənfitəsirinin azaldılması üçün ölkəmizdə həyata keçirilən fəaliyyətlər,əsas prioritet sahələrdən olan meşə ekosisteminin qorunması,bərpası, yeni yaşıllıqların salınması, bitki və heyvan növlərininmühafizəsi, bərpası sahəsində görülən işlər barədə məlumatverilib.

İqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üzrə ənyaxşı təcrübələr dinlənilib, iqlim dəyişikliyinin təsirlərininazaldılmasında əsas rol oynayan təbii ekosistemlərin qorunması vəbərpası strategiyaları, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirəedilib, təcrübə və fikir mübadiləsi aparılıb.

COP29-da
COP29-da
Məqalədə:
Seçilən
26
12
az.trend.az

10Mənbələr