AZ

ABŞ hindistanlı milyarderin həbsi üçün order verib

ABŞ məşhur Hindistanlı milyarder Qautam Adanini korrupsiyada ittiham edib. 

Azpost.info bildirir ki, Nyu-Yorkun Şərq dairəsi üzrə prokuroru Brion Pits hindistanlı maqnat Qautam Adani və onun qardaşı oğlu Saqar Adaniyə rəsmi ittiham irəli sürüb. Müstəntiqlərin fikrincə, milyarder və onun əməkdaşları çoxmilyardlıq “yaşıl enerji” layihələri üçün müqavilələr əldə etmək üçün Hindistan rəsmilərinə 250 milyon dollar rüşvət veriblər.

İstintaq müəyyən edib ki, Adani öz şirkəti üçün amerikalı investorların vəsaitlərindən istifadə edib. Bunun üçün yüksək gəlirlər – 20 il ərzində iki milyard dollar vəd edib. Lakin prokurorların fikrincə, şirkət investorları çaşdırmaqla öz korrupsiya fəaliyyətini gizlədib.

Prokuror Pits bildirib ki, müttəhimlər Hindistan rəsmilərinə gəlirli müqavilələr əldə etmək üçün rüşvət vermək üçün mürəkkəb sxem hazırlayıblar. Bu məlumatları isə ABŞ və digər ölkələrdəki investorlardan gizlədirlər. Artıq Adani və onun qardaşı oğlu üçün həbs orderi verilib. Amerika hakimiyyəti onların ABŞ hüdudlarından kənarda saxlanmasını təmin etmək niyyətindədir.

Gautam Adaninin sərvətinin təxminən 70 milyard dollar olduğu təxmin edilir. Onun Hindistanın baş naziri Narendra Modi ilə yaxın əlaqələri müxalifət tərəfindən tez-tez tənqid olunur. Adaninin şirkətlərinin bu əlaqələr vasitəsilə çoxsaylı fayda və müqavilələr əldə etdiyini iddia edirlər.

Adani iddialara hələ münasibət bildirməyib. Adani Qrupu 2023-cü ilin yanvarında da Hindenburg Research analitik şirkəti tərəfindən qiymətli kağızlar saxtakarlığında ittiham edilib.

Seçilən
6
21
azpost.info

10Mənbələr