AZ

Yeni Azərbaycan Partiyası Xalqın Partiyasıdır

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının yaradılmasından  32 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. 

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdı. Daxildə gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. Həmin dövrün çətinlikləri xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində əksini tapmışdı. Həmin müraciətdə bildirildi ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi  güclü fövlət xadimi qoyarsa o uzun illər  xalqımızın  bir neçə nəsli üçün  də siyasi yetkinlik məktəbi olar. Yeni Azərbaycan Partiyasını  yeni düşüncə tərzli insanların  Sizin ətrafınızda  sıx birləşdiyi  mütəşəkkil, güclü, aparıcı  qüvvəyə malik bir partiya kimi görürük. Ümummilli Lider  Heydər Əliyev müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” fikirləri ilə  yeni yaradılacaq partiyanın gələcəyinə böyük inamını ifadə etdi.

Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan Ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi.

Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün çağırışları əsasında  YAP-ın yeni Proqramı hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi.Cənab Prezident İlham Əliyevin bəyan etdiyi bu proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.

Qeyd edək ki, Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir: – "Partiyanın inkişafı və uğurları”, "Siyasi dəyərlər və prinsiplər”, "Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, "Partiyanın əsas hədəfləri”.

Partiyanın 11 strateji hədəfi: "Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, "Güclü iqtisadiyyat və davamlı inkişaf”, "İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, "Şəffaflığın artırılması”, "Vətəndaş cəmiyyətinin inkişafı”, "Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, "Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, "Vətəndaş həmrəyliyinin təminatı”, "Milli maraqlar və xarici siyasət”, "Ordu quruculuğu” və "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”.

Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da  sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.Azərbaycan qarşıdakı dövrdə də Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazanacaq, yeni strateji zirvələr fəth edəcək. 32 ilin uğurları gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı, etimadı böyükdür.Eləcə də qalib xalqın Zəfər partiyası olan YAP da bundan sonra qarşısında duran milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr