AZ

Deputat: Regionlarda əməkhaqqı Bakıdan 2 dəfə, orta əməkhaqqından 1,8 % aşağıdır

“Regionlarda əməkhaqqı Bakıdan 2 dəfə, orta əməkhaqqından 1,8% aşağıdır".

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, median əməkhaqqının son illər məbləği açıqlanmalıdır: "Pensiyaların qalxacağını nazir burada açıqladı, amma median pensiyanın da nə qədər olacağı açıqlanmalıdır. ÜDM-də əməkhaqqının payı da açıqlansa, yaxşı olar. İşsizliklə bağlı yerlərdə problemlər mövcuddur. 2018-2024-cü illərdə 624 min iş yerinin açılması nəzərdə tutulub. Pandemiya vaxtı kifayət qədər iş yerinin statistikasına yenidən baxıldı. Bu illər ərzində bu rəqəm pik həddə - 385 min nəfərə qalxmışdı. Müharibə veteranlarına verilən 80 manatın artırılması ən əsas məsələdir. Bu məbləğin artırılması böyük məmnunluq yaradacaq. Digər məsələ pensiyaların gec verilməsi ilə bağlıdır. Əvvəllər pensiyaların ayın əvvəlində verilməsi böyük məmnunluq yaratmışdı. Pensiyaçıların çoxunun bankda kreditləri, cərimələri var. Regionlarda da pensiyaların verilməsində əvvəlki qrafikə keçilməsi üçün addımlar atılsa, yaxşı olardı".

Seçilən
7
2
apa.az

3Mənbələr