AZ

Qarabağda yeni milli park yaradılacaq

İşğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir.

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində "İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bununla bağlı ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb.

Vüqar Kərimov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumi sahəsi 43 min hektar olan Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib:
 

"Qaragöl Dövlət Təbiət Qoruğunun, həmçinin Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının bioloji müxtəlifliyinin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər həyata keçirilir".

Bizim.Media

Seçilən
0
4
bizim.media

7Mənbələr