AZ

Zelenski: Krımı qaytarmaq olar, amma biz on minlərlə insanı itirə bilmərik...

Ukrayna heç bir işğal edilmiş ərazisini, xüsusən 2014-cü ildən bəri ələ keçirdiyi əraziləri Rusiya kimi tanımır və Ukrayna sülh sazişi ilə Krımı Rusiyaya verməyə hazır deyil...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Fox News telekanalına müsahibəsində deyib.

Zelenski vurğulayıb ki, Krım ciddi insan itkisi olmadan diplomatik yolla qaytarıla bilər.

“Biz Ukraynanın heç bir işğal olunmuş ərazisini hüquqi olaraq Rusiya kimi tanıya bilmərik. Söhbət o ərazilərdən gedir ki, tam miqyaslı işğaldan əvvəl, 2014-cü ildən bəri Putin tərəfindən işğal olunub. Hüquqi baxımdan biz bunu tanımırıq, qəbul etmirik”, deyə Ukrayna prezidenti Fox News jurnalistinin Zelenskinin hər hansı atəşkəs və ya sülh sazişinə əsasən Ukrayna ərazisinin bir hissəsinin Rusiyanın əlində qala biləcəyi ilə razı olub-olmaması ilə bağlı sualına cavab verib.

Poliqon.info

Seçilən
6
1
poliqon.info

2Mənbələr