AZ

ABŞ və İsrail nümayəndələr BAEA-nın İranla bağlı hesabatına münasibəti: Narahatlıq doğurur

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın 20 və 60 faiz konsentrasiyası ilə uran ehtiyatlarının artırılması ilə bağlı hesabatı çox narahatedicidir.

Bunu İsrailin BMT-dəki səfiri Denni Danon deyib.

“Düşünürəm ki, bütün beynəlxalq ictimaiyyət bu tapıntılardan çox narahat olmalıdır. Bu, İslam Respublikasının nüvə potensialı əldə etmək cəhdini göstərir və dünya bunun qarşısını almaq üçün hərəkətə keçməlidir”,- o bildirib.

Donald Trampın İranın nüvə proqramına qarşı təzyiqləri artıracağını proqnozlaşdıran diplomat, bunun Avropa Birliyi tərəfindən də edilməsinin vacibliyini söyləyib.

Eyni zamanda, ABŞ-ın BMT-dəki daimi səfirinin müavini Robert Vud da İranın zənginləşdirilmiş uran ehtiyatlarının artırılması ilə bağlı son xəbərlərə münasibət bildirib: 

“Biz İranın uranın 60%-ə qədər zənginləşdirilməsi üzrə fəaliyyətinə görə həmişə narahat olmuşuq. Bilirəm ki, Qəyyumlar Şurası bu məsələ ilə məşğul olacaq və biz də agentliyin baş direktorunun hesabatına baxırıq. İllərdir dediyimiz kimi, bu məsələ hələ də bizi narahat edən əsas məsələlərdən biridir”,- Vud deyib.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatına görə, hazırda İranda 60% konsentrasiyası olan 182,3 kq zənginləşdirilmiş uran var. Bu mmiqdar isə nəzəri cəhətdən dörd atom bombası hazırlamaq üçün kifayətdir.

Qeyd edək ki, İran uranın zənginləşdirilməsi məsələsindən həm də Qərbə qarşı diplomatik təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Tehran, iki gün əvvəl yeni şərt irəli sürüb və İranın nüvə proqramı ilə bağl qətnamə qəbul edilməyəcəi təqdirdə uranın zənginləşdirilməsinin səviyyəsini sabit saxlayacağını bəyan edib.

visiontv.az



Seçilən
10
visiontv.az

1Mənbələr