AZ

Qusarda 123 şəhid ailəsi ev növbəsində gözləyir

Qusarda 123 şəhid ailəsi ev alması üçün növbə gözləyir. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.  
 
"2025-ci ilin sonuna şəhid ailələrinin evlə təmin olunması prosesi başa çatmalıdır. İlin sonuna qədər bu təminat mümkün olacaqmı? Qusarda 123 ailə ev növbəsindədir", - deputat  Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
 
Deputat I Qarabağ müharibəsi iştirakçılarından bir neçəsinin əliliyini dayandırılmasından narazı olduğunu diqqətə çatdırıb və bildirilib ki, onlarla görüşməyə ehtiyac var. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
10
anews.az

1Mənbələr