AZ

Azərbaycan nefti: Ən böyük alıcılar hansı ölkələrdir?

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 20.57 milyon ton neft ixrac edib, bunun dəyəri isə 12.76 milyard ABŞ dolları təşkil edib.

Fins.az, Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, İxrac olunan neftin ən böyük hissəsi aşağıdakı ölkələrə göndərilib:

  1. İtaliya

    • Miqdar: 9.30 milyon ton
    • Dəyər: 5.82 milyard dollar
  2. Çexiya

    • Miqdar: 1.43 milyon ton
    • Dəyər: 900.83 milyon dollar
  3. Xorvatiya

    • Miqdar: 1.37 milyon ton
    • Dəyər: 842.64 milyon dollar
  4. Hindistan

    • Miqdar: 1.17 milyon ton
    • Dəyər: 729.80 milyon dollar
  5. İsrail

    • Miqdar: 1.17 milyon ton
    • Dəyər: 713.27 milyon dollar

Azərbaycanın neft ixracı üzrə digər ölkələr və onların müvafiq dəyərləri:

Bu dövr ərzində ən çox ixrac edilən ölkələr İtaliya, Çexiya və Xorvatiya olub, ümumilikdə isə Azərbaycan neftini 24 ölkəyə ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
26
fins.az

1Mənbələr