AZ

Kreml Rusiyaya qarşı hücumları yeni gərginlik kimi qiymətləndirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ərazisinə uzaq mənzilli raket hücumları ilə bağlı xəbərlərə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Bu, yeni gərginlikdir, gedən (Amerika) administrasiyasının son dərəcə məsuliyyətsiz münasibətidir", - Peskov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası “yanğını alovlandırır”, Ukraynadan Rusiya Federasiyası ilə müharibədə öz əlində alət kimi istifadə edir.

Seçilən
9
operativmm.az

1Mənbələr