AZ

İmişlidə Yeni Azərbaycan Partiyasının yaranmasının 32 illiyi qeyd edilib

Noyabrın 21-də İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi ilə əlaqədar ağacəkmə aksiyası və iməcilik keçirilib. 

İlk olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.

Sonra Vətən müharibəsində şəhid olmuş Cəfər Osmanın adına salınmış istirahət parkında iməcilik və ağacəkmə aksiyası keçirilib. Keçirilən aksiyada YAP İmişli rayon təşkilatının əməkdaşları, partiya fəalları, Vətən müharibəsi iştirakçıları, İmişli şəhərinin 4 və 6 saylı tam orta məktəbinin kollektivləri iştirak ediblər. Aksiya zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Seçilən
11
2
yeniazerbaycan.com

3Mənbələr