AZ

Bakı–Tbilisi–Qars dəmir yolu 5 milyon tonadək yükləri qəbul edə bilir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə iştirak edib.

Fins.az xəbər verir ki, R.Rüstəmov tədbirdə çıxış edərək, ADY-nin son iki ildə ətraf mühitə mənfi təsirlərin, xüsusilə də karbon emissiyalarının azaldılması istiqamətində əldə etdiyi mühüm nailiyyətlərə diqqət çəkib. Hazırda Azərbaycan dəmir yollarının 63%-nin elektrikləşdirildiyini və 2023-cü ildə sərnişin daşımalarının tamamilə, yüklərin isə 80%-nin elektrik enerjisi ilə həyata keçirildiyini qeyd edib.

Həmçinin, rəqəmsal həllərin tətbiqi ilə Orta Dəhlizlə Çindən Avropaya və əks istiqamətə yüklərin daha sürətlə daşındığı bildirilib. Dəniz marşrutları ilə müqayisədə bu dəhlizlə yüklər üç dəfə daha tez çatdırılır.

R.Rüstəmov, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində bu ilin may ayından etibarən tam gücü ilə işlədiyini və illik buraxılış gücünün 5 milyon tona qədər artdığını da əlavə edib. Bu, nəqliyyat sektorunda ətraf mühitin qorunması və sürətli daşımaların təmin edilməsi məqsədilə atılmış mühüm bir addım kimi dəyərləndirilir.

Seçilən
43
fins.az

1Mənbələr