Su problemləri ilə bağlı hərəkətsizlik 2050-ci ilə qədər qlobal ümumi daxili məhsulda (ÜDM) 8-15 % itkiyə səbəb ola bilər.

İndex.az xəbər verir ki, bunu Niderlandın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Vampie Libon COP29 çərçivəsində təşkil olunmuş “İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası” tədbirində bildirib.

“Su ilə bağlı heç bir tədbir görməsək, ÜDM-ə çox mənfi təsir edəcək. Düşünürəm ki, su ilə bağlı məsələlər iqlim tədbirlərinin əsas hissəsində yer almalıdır. Milli səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) gəldikdə isə yaxşı xəbər odur ki, ölkələrin təxminən 90 %-i artıq öz milli planlarına ilə bağlı tədbirlər daxil edib. Bununla bağlı hələ də çatışmayan cəhət bu öhdəliklərin maliyyəyə ehtiyacının olmasıdır. Su məsələsi həqiqətən də böyük problemdir. Bütün tərəflər onu həll etməlidir. Biz birlikdə öhdəlik götürməliyik, bir-birimizdən öyrənməyə davam etməliyik. Biz investisiyalara, potensialın yaradılmasına və bilik mübadiləsinə kömək edə bilərik.
Biz ümumi məqsədlə hərəkət etsək, inşallah kursu dəyişə bilərik”, – deyə o qeyd edib.