AZ

Minimum istehlak səbətinin tərkibinə yenidən BAXILACAQ

“2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq”.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

O qeyd edib ki, minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir.

"Bununla bağlı İşçi Qrup fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq”, - deyə H.Hüseynov bildirib

Seçilən
5
12
modern.az

10Mənbələr