AZ

Hadisə pərəstişkarlarını iki yerə böldü - Foto

"Əsas oğlan" layihəsində baş rolla tamaşaçıların qarşısına çıxmağa hazırlaşan Hadisə imicini dəyişib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk aktyorluq təcrübəsini "Əsas oğlan" serialı ilə yaşayan Hadisə kəskin bir qərar verərək, saç rəngini dəyişib. 

Uzun müddətdir ki, sarı saçları ilə tanınan məşhur müğənni bu dəfə tünd tonları seçib. Hadisənin yeni görkəmi Belçikadakı bərbəri tərəfindən sosial şəbəkədə paylaşılıb və qısa zamanda böyük marağa səbəb olub.

Qeyd edək ki, Hadisənin yeni imici pərəstişkarlarını iki yerə bölüb. İzləyicilərinin bəziləri tünd tonların Hadisəyə çox yaraşdığını və yeni imicinin ona təbii gözəllik verdiyini deyib, digər qrup isə sarı saçların ona yaraşdığını bildirib.

Ağa Dadaşzadə


Seçilən
9
news24.az

1Mənbələr