AZ

Azərbaycanlı alim vəfat etdi

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının keçmiş dosenti, filologiya elmləri namizədi Elmira Həsənova 84 yaşında vəfat edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, BDU-nun Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov bu barədə açıqlama verib.

Elmira Həsənova 1940-cı ildə Füzuli rayonunda dünyaya gəlib. 1967-ci ildə "Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1976-cı ildən isə dosent elmi adını qazanıb. 1964-1967-ci illərdə Filologiya fakültəsinin qiyabi şöbəsində metodist, 1967-1970-ci illərdə Azərbaycan dilçiliyi kafedrasında müəllim, 1970-1976-cı illərdə baş müəllim, 1976-cı ildən isə həmin kafedranın dosenti vəzifəsində fəaliyyət göstərib. Elmira Həsənovanın əsas tədqiqat sahəsi Azərbaycan dilinin sintaksisi və mətn dilçiliyi olub.

O, "Müasir Azərbaycan dilinin morfologiyasından praktikum", "Müasir Azərbaycan dilindən praktikum", "Mürəkkəb cümlələrin polipredikativliyi" kimi kitabların, həmçinin "Mətnin linqvistik təhlili" (magistr pilləsi üçün), "Sadə cümlə sintaksisi" (magistr pilləsi üçün), "Sintaksis və mətn sintaksisi", "Sintaksis", "Mətn sintaksisi" (magistr səviyyəsi üçün) proqramlarının müəllifi olub.

Seçilən
33
23
day.az

10Mənbələr