AZ

Azərbaycanda bu fondun adının dəyişdirilməsi təklif olunur

Azərbaycanda İşsizlikdən Sığrota Fonundun adının dəyişdirilməsini təklif edib.

Oxu24.com  xəbər verir ki, bu təkliflə Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, növbəti il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək: "Amma fondun xərclərinə diqqət yetirsək, bütövlükdə işsizlikdən sığortaya görə ödənilən vəsaitlərin həcmi 17 milyon manat proqnozlaşdırılıb. Bu, fondun xərclərinin 6.5%-i deməkdir. Qalan 93.5% digər istiqamətlərə yönəldiləcək. Bu o deməkdir ki, fondun adında “işsizlikdən sığorta” sözü olsa belə, fondun xərclərindən işsizlikdən sığortaya ayrılan vəsait ümumi xərclərin cəmi 6.5%-idir. Təklif edirəm ki, fondun adı dəyişdirilsin. Nazir Sahil Babayev də qeyd etdi ki, növbəti il 77 milyon manat özünüməşğulluq proqramına yönəldiləcək. Əgər İşsizlikdən Sığrota Fondunun vəsaitlərindən özünüməşğulluğa yönəldilirsə, ya fondun adına yenidən baxmaq, ya da bütövlükdə meyarlar dəyişdirilməlidir”.

Seçilən
6
9
oxu24.com

10Mənbələr