AZ

MİLLİ MƏCLİSDƏ YENİ TƏYİNATLAR OLUB - Adlar + FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında kadr dəyişiklikləri aparılıb.

Belə ki, Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorunun müdiri Kənan Axundov vəzifəsindən azad edilib. O, Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

Kənan AxundovMilli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri Kəmalə Mustafa qızı Əzimova vəzifəsindən azad edilib. O da Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.

Kəmalə ƏzimovaMilli Məclis sədri müavininin köməkçisi Emin Vaqif oğlu Abdullayev da vəzifəsindən azad edilib.

Emin AbdullayevMilli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə Şahin Xanbaba oğlu Quliyev təyin edilib. O, bundan əvvəl Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Şahin QuliyevHəmin şöbənin müdir müavini vəzifəsinə Nadir Rafiq oğlu Sultanov təyin edilib.

Nadir SultanovNadir Sultanov bu vəzifəsindən əvvəl İqtisadi qanunvercilik şöbəsinin Mülki hüquq qanunvercilik qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb
Seçilən
4
20
azpolitika.info

3Mənbələr