AZ

Onlara yüksək vəzifə verildi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə parlament aparatında kadr dəyişiklikləri baş verib.

Day.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Milli Məclisin Dövlət qulluğu kadr məsələləri şöbəsinin Şəxsi işlər sektoru müdiri Kənan Axundov vəzifəsindən azad edilərək, Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib. Eyni zamanda, İqtisadi və Sosial Qanunvericilik şöbəsinin Humanitar məsələlər sektorunun müdiri Kəmalə Əzimova da vəzifəsindən ayrılaraq, sədr müavininin köməkçisi olaraq təyin olunub.

Digər tərəfdən, Milli Məclis sədri müavininin köməkçisi Emin Abdullayevin vəzifəsindən azad edilməsi qərarı verilib. İqtisadi və Sosial Qanunvericilik şöbəsinin Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə isə Şahin Quliyev təyin edilib. O, əvvəlki dövrdə Dövlət qulluğu və kadr məsələləri şöbəsində müdir müavini olaraq çalışıb.

Həmçinin, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifəsinə Nadir Sultanov təyin olunub. Nadir Sultanov, bu təyinatdan əvvəl İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsində işləyib.

  • Onlara
  • Onlara
  • Onlara
  • Onlara
  • Onlara
  • Onlara
  • Onlara
  • Onlara
Seçilən
1
24
day.az

10Mənbələr