AZ

İntellekti ilə insanın yerini tutmağa hazırlaşan canlının adı açıqlandı

"Bəşəriyyətin tərəqqiyə başı qarışdığı vaxt, dəniz dərinliklərində Yerin gələcək hökmdarları roluna potensial namizəd yetişir. İnsanlar yox olacağı təqdirdə planetimizdə yeni ağıllı sivilizasiyanı... səkkizayaqlılar (oktapodlar) yarada bilər".

Avtosfer.az-ın "The European"a istinadla verdiyi məlumata görə, belə cəsarətli proqnozla Oksford Universitetinin nüfuzlu alimi, zooloq Tim Koulson çıxış edib.

Onun sözlərinə görə, son tədqiqatlar göstərir ki, təkamül bu başıayaqlı molyusklara həqiqətən heyrətamiz qabiliyyətlər bəxş edib. Yüksək intellekt, mürəkkəb məsələləri həll etmək bacarığı, maskalanma və ətraf mühitlə səmərəli qarşılıqlı əlaqə qabiliyyəti - bütün bunlar səkkizayaqlıları Yerdəki ən adaptiv varlıqlardan birinə çevirir.

"Skeletlərinin olmamasına baxmayaraq, səkkizayaqlıları ən müxtəlif şəraitlərdə sağ qalmağa imkan verən fenomenal uyğunlaşma nümayiş etdirirlər", - deyə professor Koulson qeyd edir.

Alimin fikrincə, gələcəkdə səkkizayaqlılar inkişaf etmiş sosial strukturları olan həqiqi sualtı sivilizasiyalar yarada bilərlər. Tam quru sakinlərinə çevrilmək ehtimalı az olsa da, nəfəsi 30 dəqiqəyə qədər saxlaya bilmək və quruda ov etmək qabiliyyəti gələcək təkamül üçün stimul ola bilər.

Koulson, hətta oktapodların nə vaxtsa havada qalma müddətini uzadan texnologiyalar icad edə biləcəyini ehtimal edir.

Lakin zooloq vurğulayıb ki, səkkizayaqlıların, eləcə də digər növlərin gələcəyi qeyri-müəyyən olaraq qalır. Təkamül qeyri-proqnozlaşdırılandır və ekoloji fəlakətlər, yaxud kütləvi nəsilkəsilmə kimi qlobal kataklizmlər Yer üzərində həyatın inkişaf trayektoriyasını kökündən dəyişə bilər. Lakin əgər nə vaxtsa bəşəriyyət yarışdan kənarda qalsa, məhz oktapodların ağıl estafetini götürəcəyi və planetimizin yeni sahiblərinə çevriləcəyi istisna deyil.

(oxu.az)

Seçilən
1
2
avtosfer.az

10Mənbələr