AZ

Yenidən öz postlarına namizəd olacaqlar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından həmin posta yenidən namizəd olacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze “Gürcü arzusu”nun Siyasi Şurasının iclasından sonra brifinqdə açıqlayıb. 

Onun sözlərinə görə, parlament sədri vəzifəsinə gəldikdə isə, partiya bu posta da qanunverici orqanın hazırkı sədri Şalva Papuaşvilinin namizədliyini irəli sürəcək.

Mdinaradze, həmçinin qeyd edib ki, Siyasi Şuranın iclasında prezident seçkilərinin tarixinin təyin edilməsi məsələsi də müzakirə edilib: “Bildiyiniz ki, prezident seçkiləri parlamentin ilk sessiyasından sonra baş tutmalıdır. Bunun üçün konkret tarix müəyyən edilib. Yaxın günlərdə Gürcüstan parlamentində ilk iclas baş tutduqda seçkinin tarixini də təyin edəcəyik”.

Xatırladaq ki, İrakli Kobaxidze cari ilin fevralından Gürcüstanın Baş naziri, Şalva Papuaşvili isə 2021-ci ilin dekabrından parlamentin sədridir. 

Onu da qeyd edək ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib.

"Cebheinfo.az"

Seçilən
16
3
cebheinfo.az

4Mənbələr