AZ

Peskov: Rusiya məsuliyyətli mövqe tutur və Qərbdən də bunu gözləyir

Rusiya məsuliyyətli mövqe tutur və nüvə münaqişəsinin qarşısını almağa çalışır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Moskva Qərbdən eyni yanaşmaya ümid edir. Məlumatı TASS verib. 

“Biz nüvə doktrinamız kontekstində vurğuladıq ki, Rusiya nüvə münaqişəsinin qarşısını almaq üçün bütün səyləri göstərmək baxımından məsuliyyətli mövqe tutur”, - deyə Kremlin sözçüsü Pentaqonun ABŞ-nin nüvə silahı mübadiləsinə hazır olması ilə bağlı bəyanatını şərh edib: “Biz gözləyirik ki, digər ölkələr də eyni məsuliyyətli mövqe tutacaq və təxribat xarakterli hərəkətlərə getməyəcək”.

Strateji Komandanlığın (STRATCOM) nümayəndəsi kontr-admiral Tomas Byukenan ABŞ-nin nüvə zərbələri mübadiləsinə can atmasa da, “ən məqbul şərtlərlə” belə bir ssenariyə hazır olduğunu bəyan edib. Bu, onun Vaşinqtonun dünyadakı liderliyi adlandırdığı şərtlərdir.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

P.ƏMİRCANOV
XQ

 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr