AZ

Professor: Azyaşlılar arasında "rotavirus","entovirus", "influence", qrip müşahidə edilir

Uşaqlar arasında təhlükəli virus yayılıb.                     
  Xəzər TV bildirir ki, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qrip kimi xəstəliklərlə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.
Valideynlər son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır.

Vəziyyəti dəyərləndirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, hazırda uşaqlar arasında təsdiq olunmuş "COVİD19"-un "Omikron" ştamı aşkarlanıb:                

"Yəni, həmin azyaşlıların testləri müsbət çıxıb. Digər tərəfdən kiçik yaşlılar arasında "rotavirus","entovirus", "influence", qrip müşahidə edilir. Nəzərə almaq lazımdır ki, "influenza" virusuna qarşı Azərbaycan Respublikasının  Milli təqvimində vaksin nəzərdə tutulub. Lakin valideynlər övladlarını uzun müddət vaksinlərdən yayındırıblar. Hazırkı dövrdə həmin infeksiyalara qarşı immun sistemi də yaxşı deyil və viruslar geniş yayılıb. Təbii ki, bunlar laboratoriyalarda identifikasiya olunub xalqa bununla bağlı məlumat verilməlidir. Uşaqları virusdan necə qorumaq haqqında maarifləndirmə tədbirləri görülməlidir. Qeyd edim ki, Avropa ölkələrində "COVİD"-in, "Omikron" ştamının mutadsiya variantları xeyli artıb. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər var. Bir sözlə, epidemiyoloji vəziyyətin qarışıqlığı koronovirusun davam etməsinə bağlıdır".
Seçilən
42
sherg.az

1Mənbələr