Bakı. Trend:
Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizəüçün zəruridir.
Trend xəbərverir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibiAntonio Quterreş media üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, geosiyasi parçalanmalar və qeyri-müəyyənliklərfonunda dünyanın bir araya gəlməsinə ehtiyac var.
“Beləliklə, mən birbaşa nazirlərə və danışıqlar aparan şəxslərəmüraciət edirəm: sərt xətlərinizi yumşaldın. Böyük rəsm üzərinəfokuslanın. Nəyin təhlükə altında olduğunu heç vaxt unutmayın. BuCOP iqlim fəlakəti qarşısında ədaləti təmin etmək üçündür.
Bizi bütün bəşəriyyət üçün layiqli bir dünya təmin etməyə köməketməliyik. Maliyyə nəzarətsiz iqlim xaosunun hamımıza vuracağıdağıntılara qarşı bir sərmayədir. Keçən həftə çoxtərəfli inkişafbankları aşağı və orta gəlirli ölkələr üçün iqlim maliyyəsi üzrəəhəmiyyətli dəstək elan etdilər. Bu, 2030-cu ilə qədər ildə 120milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordansəfərbər ediləcək.
Mən hər bir tərəfi addım atmağa, sürəti artırmağa çağırıram. Butəcili ehtiyacdır. Mükafatları böyükdür və vaxt azdır”,- deyəA.Quterreş əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.