“Bizim televiziyalar səhərdən axşama qədər bu aldı, getdi, boşandı verməli deyil. Əmək məhsuldarlığının artması, yeni dövrdə iş qurmaqla bağlı verilişlər verməliyik”.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Elşad Musayev deyib.
O bildirib ki, sahibkarlığı inkişaf etdirmək üçün vergi yükünü azaltmaq lazımdır. Onun sözlərinə görə, dövlətin üzərinə düşən yükü azaltmaq lazımdır:
“Bunun üçün bələdiyyələrə imkan vermək lazımdır ki, işləsinlər. Zibil daşımağı belə bələdiyyənin əlindən almışıq. Bir təklif də vermək istərdim. Məsələn, bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, buna imkan verək ki, hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün”.