Hərbçilər Həştərxan vilayətinin şimal rayonları üzərində pilotsuz uçuş aparatlarının (PUA) hücumunu uğurla dəf ediblər. Dağıntı və tələfat yoxdur.
Herbiand.az xəbər verir ki, bu barədə vilayət qubernatoru İqor Babuşkin Telegram kanalında yazıb.
“Plotsuz uçan aparat yerə düşən zaman yanğın baş verib. Yanğınsöndürən xidmətinin növbətçi qüvvələri tərəfindən dərhal söndürülüb. Sakinlər arasında tələfat və mülki infrastrukturun dağılması olmayıb”.
Səhər saatlarında Axtubinsk rayonu, Axtubinsk və ZATO Znamenskdə PUA hücumu təhlükəsi elan edilib. Daha sonra Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin öz teleqram kanalında yazıb ki, regionun şimal rayonlarında hava təhlükəsi elan edilib, elektron müharibə və hava hücumundan müdafiə xidmətləri normal rejimdə işləyir.