İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəd göstərilib.

Leqal.info xəbər verir ki, qərar “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən qəbul edilib.

Bildirilib ki, hakim partiya parlamentin sədri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyini irəli sürəcək.

“Bizim nizamnaməmizə əsasən, partiyanın fəxri sədrinin (Bidzina İvanişvilinin) Baş nazir vəzifəsinə namizəd irəli sürmək səlahiyyəti var və o, İrakli Kobaxidzeni bu vəzifəyə namizəd kimi təqdim etməsi yəqin ki, sürpriz olmayacaq. Təbii ki, Siyasi Şura onu tam dəstəklədi. Həmçinin “Gürcü Arzusu” fraksiyası parlamentin spikeri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyini irəli sürəcək. Biz yaxın günlərdə Gürcüstan parlamentinin ilk iclasının keçiriləcəyi vaxtı müəyyən edəcəyik”, - Mamuka Mdinaradze bildirib.

Leqal.info