AZ

ƏLİLLİYİN TƏYİN OLUNMASINDA PROBLEMİ OLANLAR: NAZİRƏ MÜRACİƏT ETSİNLƏR Kİ...

Azərbaycanda bir müddətdir əlilliyin təyin olunması ilə bağlı şikayətlər var...

Bəs niyə belədir? Nə baş verir? "Vətəndaşlarda əlillik təyinatı ilə problemlər varsa, əmək və əhalinin sosial müdafisə nazirliyinə müraciət edə bilərlər...", -deyən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı belə deyib. Sitat: "Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək".

Nazir deyib ki, əlillik statusu həqiqətən də əlil olan insanlara verilməlidir: "Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq".

lakin faktdır ki, müharibədə qəlpə yarası alaraq sağlamlığını itirənlərə əlillik dərəcəsi verilməsində hələ də problemlər yaşanmaqdadır. 

A.Məmmədli

Seçilən
3
8
tezadlar.az

9Mənbələr