AZ

Divara yapışdırılan banan 6,2 milyon dollara satıldı

İtalyan sənətkar Mauritsio Kattelanın “Komediyaçı” əsəri Nyu-Yorkda "Sotheby’s" hərracında şok qiymətə satılıb.

Publika.az xəbər verir ki, əsər yalnız banan və onu divara yapışdırmaq üçün istifadə edilən gümüş lentdən ibarətdir.

Əsəri alan şəxs məşhur kriptovalyuta platforması “TRON”-un yaradıcısı Kastin San olub. O, bu əsər üçün ümumilikdə 6.2 milyon dollar ödəyib.

Kattelanın 2019-cu ildə “Art Basel Mayami Beach”-də sərgilənən bu əsəri o zaman sənət aləmində böyük müzakirələrə səbəb olub.

Seçilən
10
publika.az

1Mənbələr