"Barselona"nın cinah oyunçusu Lamin Yamal komandanın məşqini buraxıb.
90deqiqe.Az xəbər verir ki, ispan oyunmu bu gün komanda ilə məşq etməyib, idman zalında tək məşq edib. 17 yaşlı futbolçunun qarşıdakı “Selta Viqo” ilə oyunu buraxacağı gözlənilir.
Xatırladaq ki, Yamal noyabrın əvvəlində zədələnmişdi.
Bu mövsüm Yamal bütün turnirlər də daxil olmaqla 16 matçda meydana çıxıb, altı dəfə rəqib qapısına zərbələr endirib və 8 məhsuldar ötürmə verib. Noyabrın 23-də İspaniya çempionatının 14-cü turu çərçivəsində "Barselona" səfərdə "Selta Viqo" ilə qarşılaşacaq. Matçın startı Moskva vaxtı ilə saat 23:00-a təyin edilib.