AZ

Bakıda nəqliyyatda mühüm yenilik - Nazir AÇIQLADI

Paytaxtda "Yaşıl şəhər nəqliyyatı" layihəsi üzrə işlər davam edir.

Day.Az Milli.Az-ə istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev bildirib.

Nazir, "Yaşıl şəhər nəqliyyatı" istiqamətində görülən işlər barədə danışaraq qeyd edib:

"Bu təşəbbüs, müasir dövrün ən əhəmiyyətli problemlərindən biri olan şəhər nəqliyyatının dekarbonizasiyası baxımından böyük önəm daşıyır. Məqsədimiz dayanıqlı şəhər mobililiyini formalaşdırmaqdır. Bu yolla həm insanların, həm də ətraf mühitin ehtiyaclarını nəzərə alaraq, şəhərlərimizi və şəhər nəqliyyat sistemlərimizi transformasiya etməyi planlaşdırırıq. Azərbaycanda şəhər nəqliyyatının yaşıllaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bakıda elektrik avtobuslarının istifadəyə verilməsi ilə mikro-mobilik infrastrukturu inkişaf edir, həmçinin avtobus zolaqları genişlənir."

Seçilən
33
day.az

1Mənbələr