AZ

Rusiyadakı miqrantlardan daha çox rüsum alına bilər – Təklif


Rusiyadakı miqrantlardan daha çox rüsum alınması təklif edilib.
Yeniavaz.com
xəbər verir ki, belə bir təklifi Kremldə Rusiya Prezidenti Vladimir Putinlə dövlət büdcəsi layihəsini müzakirə edən Dövlət Dumasının deputatı, “Yeni Xalq” partiyası fraksiyasının rəhbəri Aleksey Neçayev bildirib.
Aleksey Neçayev Putinə təklif edib ki, dövlət büdcəsinin gəlirlərini artırmaq üçün Rusiyada işləyən miqrantlardan daha çox rüsum alınsın:
“Gələn il miqrantlardan büdcəmizə 85 milyard rubl (842 milyon dollar) daxil olmasını təmin etmək olar. Bunu çox diqqətlə tənzimləmək lazımdır. Bəs indi vəziyyət necədir? Məsələn, Moskvadakı miqrantların ayda qazandıqları təxminən 90 min rubldur (890 dollar). İldə təxminən bir yarım milyon rubl qazanırlar (14 850 dollar) və bütün rüsumlar ildə 90 min rubla (890 dollar) başa gəlir. Bu rəqəmi yüksəltmək üçün bir sıra tədbirlər görülməlidir. Məsələn, rüsumu 50 faiz qaldıra bilərsiniz. Qeydiyyatın özünü ödənişli edə bilərsiniz, bunun üçün rüsumlar tətbiq edə bilərsiniz. İndi hər şey pulsuzdur. Adambaşına beş min qazansanız (49,5 dollar) belə, bu, büdcə gəlirlərində ildə daha 10 milyard rubl (99 milyon dollar) deməkdir”.
Aleksey Neçayev həmçinin bildirib ki, bu əlavə vəsait sərhəd nəzarəti sistemini biometrika ilə təchiz etməyə imkan verəcək:
“Biz kimin gəldiyini, hara gəldiyini, sonra isə bütün Rusiyada – harada yaşadığını, harada işlədiyini dəqiq bilək. Çünki miqrantların yalnız bir hissəsinin icazəsi var. Ona görə də xahiş edərdim ki, əgər dəstək olsanız, bunu müzakirə edərdik”.

Murad Məmmədov
Seçilən
1
yeniavaz.com

1Mənbələr