AZ

COP29 iştirakçısı: Fikrimcə, danışıqlardan sonra müsbət qərarlar qəbul olunacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdən böyük zövq aldım. İqlim maliyyəsi ölkələr arasında böyük mübahisə mövzusudur. Buna baxmayaraq düşünürəm ki, danışıqlardan sonra müsbət qərarlar qəbul olunacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində COP29-un iştirakçısı Eyslinn Patrik deyib. O, COP tədbirində ilk dəfə iştirak etdiyini bildirib: “COP29-da bir çox maraqlı pavilyonları ziyarət etmişəm. Burada bir çox gənclərlə müzakirələr aparmışıq”.

Eyslinn Patrik Bakıya heyran olduğunu vurğulayıb: “Bu şəhərin füsunkar memarlığı var. İstər COP29-un keçirildiyi məkanda, istərsə də şəhərdə gəzərkən insanları, xüsusən mehriban könüllüləri çox sevdim”.

Seçilən
6
xalqqazeti.az

1Mənbələr