AZ

Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur

Antioksidantlarla zəngin əncir südü immunitet sistemini gücləndirir...

Əncir südündə olan antioksidantlar bədəni sərbəst radikalların zərərli təsirlərindən qorumağa kömək edir.

Poliqon news24.az-a istinadla xəbər verir ki, bu süd kalsium, maqnezium və fosfor kimi faydalı birləşmələrlə zəngin qida seçimidir. Əncir südü sümük sıxlığını artırır və osteoporoz kimi sümük xəstəliklərinin olma ehtimalını azaldır.

Tədqiqatlar göstərir ki, gündə altı əncir istehlakı gündəlik dəmir və kalsium ehtiyacını böyük ölçüdə ödəyə bilər. Ancaq əncirə qarşı allergiyası olan və həzm problemi olanların əncir istehlak etmələri tövsiyə edilmir. Xroniki xəstəlikləri olan insanlar, hamilə qadınlar, süd verən qadınlar və uşaqlar üçün müntəzəm əncir istehlakına başlamazdan əvvəl həkimə müraciət etmələri faydalı olar.

Onun müntəzəm istifadəsi tərkibindəki liflər və antioksidanlar sayəsində yalnız xolesterin səviyyəsini tarazlaşdırmaqla yanaşı, pis xolesterini də azaldır. Əncir südündə olan antioksidanlar və vitaminlər yaşlanma əleyhinə təsirə malikdir. Dərinin tonunu bərabərləşdirir və sızanaq problemlərinin qarşısını alır.

ƏNCİR SÜDÜ NECƏ HAZIRLANIR?

1 stəkan əncir
2 stəkan su
1 çay qaşığı bal (istəyə görə)

Əncirləri yuyun və saplarını kəsin. Ənciri su ilə qarışdırıcıda və ya yemək prosessorunda pürə halına salın. Pürəni süzgəcdən keçirərək əncirin suyunu süzün. İstəyə görə bal əlavə edib qarışdırın. Soyuq və ya isti istifadə edə bilərsiniz.

Poliqon.info

Seçilən
9
7
poliqon.info

8Mənbələr