"Kəpəz"in futbolçusu İlkin Qırtımov əməliyyat olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.
Müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.