Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Emirates Minting Factory", dünyanın ən böyük qızıl külçəsini istehsal edib.
Fins.az xəbər verir ki, çəkisi 300 kq-dan çox olan bu külçə, "Ginnesin Rekordlar Kitabı"na daxil olub.
"Emirates Minting Factory", gündəlik 1 000-1 200 kq qızıl və gümüşü emal etmək və əritmək qabiliyyətinə malikdir. Bu, şirkətin qızıl və gümüş emalı sahəsindəki böyük gücünü və yüksək istehsal potensialını nümayiş etdirir.
Fuad Mədətov
Fins.az