AZ

Bu, Ukraynanın məğlubiyyətini sürətləndirə bilər - Elxan Şahinoğlu

“ABŞ-ın hazırkı prezidenti Cozef Bayden Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın içərilərinə doğru zərbə endirməyə icazə verməklə, əslində Trampın vəziyyətini mürəkkəbləşdirdi. Çünki Tramp Rusiya- Ukrayna müharibəsini dayandırmaq planı olduğunu deyir. Yanvarın 20-i andiçmə mərasimində bu planı həyata keçirməyə başlayacaq. Planın tərkib hissələrindən biri kimi, ola bilsin Ukraynaya hərbi yardımın azaldılması olacaq. Lakin Baydenin bu icazəni verməsi ilə Trampın bu qərardan asanlıqla imtina etməsi çətin olacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, Tramp qərardan imtina etsə, bu, Ukraynanın məğlubiyyətini sürətləndirə bilər.

“Rusiyanın gücünü artıracaq ki, bu heç Amerikanın milli və təhlükəsizlik maraqlarına da cavab vermir. Buna baxmayaraq, indi Tramp komandasını formalaşdırır və komandası qarşısında əsas bir neçə vəzifə var. Bu, Rusiya- Ukrayna müharibəsinin dayandırılması, Çinə qarşı iqtisadi sanksiyaların sərtləşməsi və Yaxın Şərqdəki problemlərin həlli. Amma birinci növbədə təbii ki, Rusiya- Ukrayna müharibəsidir ki, Tramp nə yolla olur, olsun, bu müharibəni dayandırmaq istəyir. Ancaq şübhəsiz ki, çətin olacaq. Çünki müharibə tam şiddəti ilə davam edir. Rusiya işğalı rəsmiləşdirməyə, Ukrayna isə ərazi bütövlüyünü təmin etməyə çalışır. İkisi arasında ortaq məxrəcə gəlmək də mümkün deyil”.

Seçilən
14
aznews.az

1Mənbələr