AZ

“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq

"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov yığmamızın UEFA Millətlər Liqası çərçivəsində keçirilən İsveçlə oyununda (0:6) sıradan çıxıb.

Bakıvaxtı.az Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə istinadən xəbər verir ki, 33 müdafiəçi topuğundan zədələnib və 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Bədavi Hüseynov Avropa Liqasının Liqa mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Lion" matçını da buraxacaq. Sözügedən oyun noyabrın 28-i, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.

Seçilən
0
3
bakivaxti.az

4Mənbələr