AZ

İqlim maliyyəsinin yalnız faizi qadınlar üçün layihələrə gedir - İsmayıl Serageldin

İqlim layihəsinin maliyyələşdirilməsinin cəmi 2%-i qadınların dəstəklənməsinə yönəlmiş təşəbbüslərə ayrılır.

Olaylar.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Mərkəzin mətbuat konfransında bildirib.

"Statistika təəccüb doğurur: qadınlar iqlim fəlakətlərində həyatını itirənlərin 4-də 3-nü təşkil edir və onlar kişilərdən 14 dəfə daha çox təsirə məruz qalırlar. Lakin onların ehtiyaclarını nəzərə alan təşəbbüslərə ayrılan maliyyələşdirmə kritik dərəcədə aşağıdır", - deyə o qeyd edib.

Serageldin vurğulayıb ki, bu məsələlərin həlli üçün "UN Women" kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və gender layihələrinə sərmayələrin artırılması vacibdir.

O, həmçinin qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "UN Women", Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Proqramı ilə birlikdə iqlim strategiyalarında gender bərabərliyinin artırılması üçün həllər hazırlamaq məqsədilə bir sıra panel və müzakirələr təşkil edib.

"Siyasi dəyişikliklər gender baxımından neytral deyil və onun effektiv şəkildə aradan qaldırılması üçün qadınların ehtiyaclarını nəzərə almaq vacibdir. Qadınlar dayanıqlı icmaların təməlini təşkil edir və onların iqlim qərarlarından kənarda qalmamaları üçün təcili şəkildə resursların mobilizasiyası və qlobal yanaşmaların yenidən nəzərdən keçirilməsi tələb olunur", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
2
olaylar.az

3Mənbələr