AZ

Gintautas Palukas Litvanın yeni Baş naziri olub

Litva Prezidenti Gitanas Nauseda Seym (parlament) tərəfindən hökumət başçısı vəzifəsinə təsdiq olunmuş Gintautas Palukası yeni Baş nazir təyin edib...

"Report" xəbər verir ki, bu barədə Litva Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Fərman imzalandığı andan qüvvəyə minir.

Prosedura əsasən, hökumət rəhbəri 15 gün ərzində prezident tərəfindən təsdiq ediləcək kabineti formalaşdırmalı və parlamentin baxacağı fəaliyyət proqramını hazırlamalıdır.

Qeyd edək ki, kompüter sistemləri üzrə mütəxəssis olan 45 yaşlı Palukas Litva Sosial Demokrat Partiyasının sədr müavinidir.

Poliqon.info

Seçilən
2
8
poliqon.info

10Mənbələr