AZ

Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

Image


Güney Azərbaycan və İranın müxtəlif bölgələrində milli və demokratik məqsədlərin inkişaf etdirilməsi üçün yeni regional dəyişikliklərə uyğun şəkildə yenilənmiş Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri, altı ildən çox müddət keçdikdən sonra Azərbaycan türkcəsi, ingilis və fars dillərində yayımlandı.

Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin birinci nəşri 2018-ci ilin yayında yayımlanmışdı və həmin dövrdən təşkilatın fəaliyyət istiqamətləri üçün bir yol xəritəsi rolunu oynayırdı. Lakin son illərdə bölgədə, İranda və Güney Azərbaycanda baş verən siyasi, sosial və iqtisadi dəyişikliklər sənədin yenidən işlənməsini və yeni reallıqlara uyğunlaşdırılmasını zəruri edib.

İndi yayımlanan ikinci nəşrdə Güney Azərbaycanın və İranda əzilən xalqların mövcud vəziyyəti geniş şəkildə təhlil edilmiş, onların qarşılaşdığı çətinliklər və imkanlar müəyyən edilmişdir. Bu sənəddə təşkilatın ideoloji əsasları, tarixçəsi, təşkilati quruluşu və rəhbərliyi də dəqiq şəkildə izah olunmuşdur.

Sənəddə azadlıq və ədalət üçün bir həll yolu kimi federalizm mövzusuna toxunulur və İran Federal Cümhuriyyətinin quruluşunun yaradılması üçün təklif olunan siyasi struktur, Əyalətlər arasında hakimiyyət bölgüsü, eləcə də İslam Respublikasından çoxpartiyalı və iştirakçı bir demokratiyaya keçid yolları müzakirə olunur. Sənəddə dünyəvilik, azlıqların hüquqları, qadın və uşaq hüquqları, sosial ədalət, insan hüquqları, dil, milli coğrafiya, mədəniyyət və kimlik, iqtisadiyyat, ətraf mühit, hakimiyyətin bölünməsi, milli təhlükəsizlik, təhsil və informasiya azadlığı, heyvan hüquqları və seksual azlıqların hüquqları kimi mövzular Güney Azərbaycan və İranın azad və demokratik bir cəmiyyət quruculuğunda əsas prinsiplər kimi geniş şəkildə təhlil edilmişdir.

https://diranish.com/?p=6503

https://t.me/araznews_az/1222






Seçilən
17
baki-xeber.com

1Mənbələr